Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bura köçmək istəyənlərə torpaq və pul verilir - Cəmi 50 adam yaşayan ada Xəbərlər

0

  • Bura sanki mavi suların içində gizlənmiş cənnətdir. Sakit okeanın cənub şərqində yerləşən bu adada cəmi 50 nəfər yaşayır. Turistlərin sevimli məkanı olan bu adada çalışan işçilər saatda 10 dollar qazanır. Hökumət immiqrantlara ev tikmək üçün pulsuz torpaq da verir.
    Buz.Su lent.az-a istinadən insanların haqqında çox az şey bildiyi Yeni Zelandiya yaxınlığındakı Pitkern adası barədə məlumat verir. Sakit Okeanın cənubunda yerləşən Pitkern uzunluğu 4 kilometr və eni 1 kilometr olan bir adadır. 1767-ci ildə İngilislərin kəşf etdiyi Pitkerrn Böyük Britaniyanın sərhədlərindən kənar ərazisi kimi mövcud olmağa davam edir. 
    Adada yaşayan Torika Kristian gündəlik həyatları barədə danışıb. Onların ailəsi 8 nəsildir burada yaşayır.
    Pitkerndəki həyat balıq tutmaq, turistləri qarşılamaq, həyat üçün vacib ləvazimatların gəlməsini gözləmək və təbiətin seyrinə çıxmaqla keçir. 
    "Bu, unikal yerdir və biz yəqin ki, dünyanın ən kiçik icmasıyıq. Siz gəlib-gedən hər kəsi tanıyırsınız. O qədər uzaq bir adada yaşayırsınız ki, həyatda qalmaq üçün bütün peşələri öyrənməlisiniz. Santexnik, elektrik, mexanik və inşaatçı kimi işləri bilməlisən. Ancaq etməsəniz, hər zaman sizə kömək edəcək birisi var", - deyən Kristian adanın lazımi limanı və ya uçuş zolağının olmadığını, ona görə də xarici dünyaya çıxışının yalnız onun yük və insan daşıyan kiçik gəmisindən asılı olduğunu deyib. 
    Adada hər şeyi satan kiçik bir ərzaq mağaza, turizm ofisinə çevrilən keçmiş həbsxana, kitabxana və idman zalı və tibb mərkəzi var. Hər hansı əsas tibbi ehtiyaclar üçün ada sakinləri tez-tez daha yaxşı diş və tibb müəssisələrinin olduğu Taitiyə gedirlər. Adada məktəb olsa da, oxumağa şagird olmadığı üçün hazırda bağlanıb", -  o bildirib.
    Ada sakinləri ziyarətçilərə gecəsi 300 dollara kiçik birotaqlı dağ evi və kvadrosikl də kirayə verirlər. Əlavə gəlir əldə etmək üçün sakinlər yük gəmilərini yükləyirlər. Günə 10 dollar qazanc onlara bəs edir.  
    Pitkernin davamlı gələcəyə sahib olması üçün daha çox insana ehtiyac var. 
    Burada əhalinin sayını artırmaq üçün hökumət immiqrantlara ev tikmək üçün pulsuz torpaq təklif edir. Yaşayış icazəsi "məskunlaşma müqaviləsi" formasını doldurmaqla əldə edilə bilər.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/interest/1178602.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    29
    28
    22
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar