Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə bir sıra məsələləri müzakirə edib - YENİLƏNİB Xəbərlər

0

  • -----
    01:05
    Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
    Bu barədə Buz.Su-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
    Görüş zamanı nazirlər Azərbaycan və Özbəkistan xalqları arasında etnik, tarixi, mədəni və dini köklərə əsaslanan iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.
    Görüşdə iki ölkə arasında müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
    Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq və regional platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaşlıq və həmrəyliyə əsaslanan əməkdaşlığın daha da şaxələndirilməsinin vacibliyini qeyd ediblər.
    Görüş zamanı nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə qardaş Özbəkistanın töhfəsinin, Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəbin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
    Nazirlər həmçinin iki ölkə XİN-ləri arasında məsləhətləşmə mexanizminin işinin intensivləşməsinin, müqavilə-hüquq bazasının daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.
    Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    -----
    23:55
    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda səfərdədir.
    "Report" xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın XİN başçısı özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.
    "Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər", - XİN-in sosial şəbəkə hesabında qeyd olunub.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/politics/1196762.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    16
    29
    30
    4
    5
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar