Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Benzema Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu: “Əl-İttihad”ı tərk edə bilər Xəbərlər

0

  • Bu yay İspaniyanın "Real Madrid" klubundan ayrılıb Səudiyyə Ərəbistanının "Əl-İttihad"ına keçən Kərim Benzema klubda qalmaqala səbəb olub.
    Sonxeber.pro oxu.az-a istinadən bildirir ki, fransalı ulduz futbolçu ilə komandanın portuqaliyalı baş məşqçisi Nunu Eşpiritu Santunun münasibətləri pisləşib. Məlumata görə, çalışdırıcı klub rəhbərliyinə Benzemanın onun oyun üslubuna uyğun gəlmədiyini bildirib. Ümumiyyətlə, o, bu transferdə istəkli olmayıb. Baş məşqçi ulduz oyunçunu əsas heyətdə düşünmür.
    Benzema isə komandanın kapitanlıq sarğısının ona verilməməsindən narazıdır. Hətta futbolçunun son məşqə çıxmadığı bildirilir.
    Baş məşqçi ilə münasibətləri pis olan forvard bununla bağlı Səudiyyə Ərəbistanına keçidində vasitəçilik edən yerli nümayəndə ilə görüşüb və vəziyyətin düzəldilməsini istəyib. Əks halda transfer pəncərəsinin sonuna qədər onun komandadan ayrılması gündəmə gələ bilər.
    "ƏI-İttihad" isə açıqlama yayaraq məlumatların həqiqətə uyğun olmadığını bildirib.
    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/sport/1139562.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    13
    29
    34
    25
    27
    16
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar