Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
DTX əməkdaşları Xocalı abidəsini ziyarət ediblər - FOTO Xəbərlər

0

  • DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
    Bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.
    Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
    Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.



    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1185728.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib15 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    29
    17
    29
    6
    16
    25
    6
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar