Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Xəzərdə təhlükəli anlar - 32 nəfər gəmidən təxliyə olundu Xəbərlər

0

  • Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində "PS 173" sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.
    Bu barədə Buz.Su-a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.
    Qeyd olunub ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan "Qobustan", "Qız Qalası" sərnişin gəmiləri hadisə yerinə gəlib.
    Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. "PS 173" gəmisi isə hadisə ərazisinə gələn "Caspian Spirit" gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdirildikdən sonra daha ətraflı məlumat veriləcək", - məlumatda vurğulanıb.



    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1178412.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    33
    16
    23
    3
    19
    17
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar