Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Avropada elektrik enerjisinin qiyməti sıfırdan aşağı düşdü Xəbərlər

0

  • Avropanın bir sıra ölkələrində Milad tətili günlərində elektrik enerjisinin qiyməti sıfırdan aşağı - mənfiyə düşüb.
    Buz.Su musavat.com-a istinadən bildirir ki,  Almaniya, Fransa, Danimarka və Böyük Britaniyada elektrik enerjisinin qiymətləri Miladdan əvvəl böyük miqdarda külək istehsalı və bayram dövründə aşağı tələbat sayəsində mənfi zonaya çatıb.
    "Epex Spot SE" birjasının məlumatına görə, dekabrın 24-ü üçün çatdırılma ilə Almaniyada elektrik enerjisinin qiyməti bir meqavat-saat üçün mənfi 3,37 avroya çatıb. Dekabrın 25-i üçün göstərici 0,41 avro, dekabrın 27-də - Milad bayramından sonrakı ilk iş günü - artıq meqavat-saat üçün 60,8 avro təşkil edib.
    Avropada elektrik enerjisi qiymətləri bərpa olunan enerji mənbələrindən artan istifadə sayəsində getdikcə daha tez-tez mənfi zonaya düşür. Almaniyada külək enerjisi istehsalı dekabrın 21-də rekord həddə - 53 GVt-a çatıb, dekabrın 22-də 50 GW-ı keçib və bu həftənin sonuna qədər yüksək səviyyədə qalacağı gözlənilir.
    Birja məlumatlarına görə, dekabrın 24-də Britaniyada elektrik enerjisinin dəyəri bir meqavat/saat üçün mənfi 9,31 funta, Fransada dekabrın 25-də meqavat/saat üçün mənfi 11,93 avroya, Danimarkada - meqavat/saat üçün mənfi 8,54 avroya düşüb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1170764.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    13
    10
    16
    32
    10
    15
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar