Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
FHN əhaliyə müraciət etdi - Onlardan uzaq durun! Xəbərlər

0

  • Fövqəladə Hallar Nazirliyi (FHN) mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.
    Nazirlikdən Buz.Su-a bildirilib ki, hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır.
    "Belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
    Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - nazirlikdən bildirilib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1169552.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    23
    20
    29
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar