Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Fransada bu məmurlar irqçi zorakılıqla üzləşirlər Xəbərlər

0

  • Fransada digər ölkələrdən olan məmurlar irqçi zorakılıqla üzləşirlər
    Fransada yerləşən Afrika Mundus beyin mərkəzinin rəhbəri, Fransanın "Thesee" kommunasının bələdiyyə üzvü Emmanuel Arqo həmkarlarının irqçi hücumlarına məruz qalır və ölümlə hədələnir.
    Buz.Su "report"a istinadən bildirir ki,  müstəmləkədən əziyyət çəkən insanlara təzminatın ödənilməsi məsələsini qabardaraq, bu barədə Bakıda danışdığını qeyd edən E.Arqo irqçi hücumlarla bağlı Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb.
    Xatırladaq ki, E.Arqo bu ilin iyul ayında Bakı Təşəbbüs Qrupunun yaradılmasına həsr edilmiş tədbirdə iştirak edib.
    Müraciətə 17 vətəndaş cəmiyyəti və afrikalıların haqlarının qorunması sahəsində iş aparan şəxslər də qoşulub.
    Məktubda bildirilib ki, Fransada Afrikadan və bəzi ölkələrdən olan məmurlar həmkarları tərəfindən diskriminasiya və irqçi zorakılığa məruz qalırlar.
    E.Argo gördüyü münasibətin Fransanın müstəmləkəçilik keçmişindən qalmış ikili standartların bir parçası olduğunu vurğulayıb. O qeyd edib ki, Fransa digər ölkələrə demokratiya dərsi verir, ancaq özü həmin dərsləri yaxşı öyrənməyib.
    Müraciətə qoşulan təşkilatlar və şəxslər bunlardır:
    1. Beynəlxalq Təzminat Hərəkatı (Martinika)
    2. Beynəlxalq Təzminat Komitəsi (Martinika)
    3. Fransızların Xaricdəki Nümayəndəlik Şurası
    4. Qara Xalqların Beynəlxalq Komitəsi
    5. Avropa Haiti Diaspora Sammiti Komitəsi
    6. Yeni İnsanlıq Hərəkatı
    7. Haitidə və Xaricdə Yaşayan Haitililərin Birləşmiş Hərəkatı
    8. Deportasiya edilmiş Afrikalıların Qızları və Oğulları Kollektivi
    9. Afrika Mundus şəbəkəsinin dekanı və Marcus Garvey Fondunun sədri Dr. Julius Garvey
    10. Afrika Diasporunun Baş Naziri Dr. Luis-Georges Tin
    11. Sylvie Condé Afro-nəsli və NégroEvolution-ın dəstəyi
    12. Makona təşkilatının Qvineya, Liberiya, Sierra Leone üzrə Afrika Mundus Şəbəkəsinin nümayəndəsi və regional baş katibi Ensa-N'Dayma
    13. Afrika Mundus şəbəkəsinin Namibiya və Botsvana üzrə nümayəndəsi Vikki Hendrik
    14. Afrika Mundus Diaspora Şəbəkəsinin Böyük Britaniya üzrə nümayəndəsi Dr. Colins Imoh
    15. Afrika Mundus şəbəkəsinin münaqişələrin həlli üzrə eksperti professor Elvis.
    16. Parlamentarilər
    17. Həmrəylik vəkilləri kollektivi
    18. Afrika Mundus şəbəkəsinin Yaponiyadakı nümayəndəsi
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1150556.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    10
    16
    34
    23
    13
    32
    18
    18
    10
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar