Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Gürcüstan prezidentinə Paşinyanla görüşə icazə verilməyib Xəbərlər

0

  • Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək imkanı verilməməsindən təəssüfləndiyini bildirib.
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bu barədə Zurabişvili feysbuk hesabında məlumat yayıb.
    "Gürcüstan Prezidenti Ermənistan Respublikasının baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə Gürcüstana səfər edən dost ölkələrin liderləri ilə görüşmək və onlara lazımi qonaqpərvərlik göstərmək imkanı verilməməsindən təəssüflənir", - deyə o qeyd edib.
    Gürcüstan prezidenti həmçinin ölkəyə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə müvafiq idarənin ona məlumat verməməsindən də təəssüfləndiyini bildirib.
    Paşinyan cümə günü Tbilisiyə işgüzar səfərə gəlib. O, artıq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər. Danışıqlar nəticəsində Gürcüstanla Ermənistan arasında strateji əlaqələrin qurulacağı açıqlanıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1178438.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    37
    14
    19
    22
    29
    30
    17
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar