Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"HƏMAS-ın tamamilə məhvinə yönəlik addımları tələb edirik" Xəbərlər

0

  • "HƏMAS-ın nizamnaməsi açıq şəkildə İsrail dövlətinin məhvini və ləğvini tələb edir".
    Buz.Su report-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli İsrail-Fələstin sessiyasında çıxışı zamanı deyib.
    HƏMAS-ın İsrailə qarşı hücumlarında 220-dən çox israillinin girov götürüldüyünü qeyd edən nazir Beynəlxalq Qızıl Xaç Komitəsi əsirlərin azad olunmasına müdaxilə etməsini istəyib: "Biz Beynəlxalq Qızıl Xaç Komitəsindən bütün girovların qeyd-şərtsiz azad edilməsi üçün çağırış edirik. Körpələr, yaşlılar öz evlərindən, ailələrindən vəhşicəsinə əsir alınıb və onların hazırki taleyi məlum deyil. Qətərin HƏMAS liderlərini maliyyələşdirib sığınacaq verdiyini hamımız yaxşı bilirik. BMT-yə üzv bütün ölkələrə səslənirəm ki, Qətər bu girovların azad edilməsini təmin edə bilər və bunun üçün bütün ölkələr çağırış etməlidir".
    Nazir bildirib ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı törədilən hücumlarda iştirak edən 1 500-dən çox HƏMAS və "İslami cihad" qruplaşmasının üzvü İsrailə sızıb. İsrailin Qəzzaya hücumları ilə bağlı mülki vətəndaşların müdafiəsi ilə bağlı beynəlxalq çağırışlara toxunan nazir, beynəlxalq təşkilatdan HƏMAS-ın tamamilə məhvinə yönəlik addımların atılmasını tələb edib.
    E.Koen həmçinin ABŞ, bu ölkənin Prezidenti Cozef Bayden və dövlət katibi Antoni Blinkenə İsrailin yanında olduqlarına görə təşəkkür edib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1152754.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    21
    33
    21
    13
    10
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar