Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Həyatımızda baş verən hadisələrin mütləq bir səbəbi vardır Xəbərlər

0

  • Boşanma acısı bizim bütün müdafiə qalxanlarımızı sındırar və bizə zərbə vurar. Boşanma insanın bütün arzu və istəklərinin üzərindən xətt çəkər.
    Lakin bunu nəzərə almaq lazımdır ki, hər bir müsibət insana bir dərs verər. Bu hadisəyə də dərs və imtahan kimi baxaq. Çəkdiyimiz bu ağrılar bizim üçün bir müəllim ola bilər. Biz əgər bu hadisədən ibrət götürə bilsək, gələcək rabitələrimizdə belə səhvlərə bir daha yol vermərik.
    Boşanma zamanı əldən verdiklərimiz - nəfsi istəklərimiz olmuşdur. Nəfsimiz gərək həyatda bizim şərikimiz olmasın. Biz özümüzü sevilən və sevilməyə layiq hesab edirdik.
    Elə bilirdik ki, bu ailə bağları ölənə qədər qırılmayacaqdır və qarşı tərəfə etimad edə biləcəyik. Elə bilirdik ki, eşq bütün çətinliklərin öhdəsindən gələ bilər.
    Hər bir insan sevilmək istəyər. Lakin bu sevgini həqiqi Məhbubda axtarmaq lazımdır. Allaha olan sevgi və eşq heç bir zaman aradan getməz, əksinə günü-gündən çoxalar. Bu, Allahdır ki, heç bir zaman əlimizi boş buraxmaz.
    Biz gərək qəbul edək ki, bu dünyada baş verən hadisələrin mütləq bir səbəbi vardır. Heç bir şey səbəb olmadan baş verməz. Biz insanlar həmişə dəyişirik və təkamülə doğru gedirik. Əgər bu olan hadisəni olduğu kimi qəbul etsək və Allaha üsyan etməsək, o zaman təkamülə doğru irəliləyə bilərik.
    Allah sizin özünüz üçün edə bilmədiyinizi sizin üçün edər. O zaman ki, adi rəftarınızı kənara qoyarsınız və müdafiənizdən əl çəkərsiniz - təvazökar olarsınız.
    Yanlış qürur və ya nəfsiniz həqiqətləri görməyə mane olar. İlahi hidayətin yardımı ilə bu boşanma işində nə qədər səhviniz olduğuna bir nəzər salın. Öz məsuliyyətinizi öhdənizə götürün. Keçmişinizlə barışın.
    Məsuliyyətləri qəbul edərək, özümüzə həyatda yeni bir səhifə açaq. Öz viranedici rəftarlarımızı tanımağa çalışaq və çətin zamanlarda necə davranacağımıza qərar verək.
    Allahdan bağışlanma istəyək. Bu bağışlanma və əfv bizə qəlb qüvvəti verəcəkdir. Bütün varlığımıza hüzur gətirəcəkdir. Allah bizlərə şəfqət göstərəcəkdir. Allah o kəslərə şəfqət göstərir ki, onu istəyir və arzu edirlər.
    Biz də bağışlamağı öyrənək. Əgər əfv etməyi bacararıqsa, o zaman gələcəyə doğru üzümüzə qapılar açarıq. Keçmişimizlə barışarıq. Həyatda yaşamaq üçün eşq və həyəcana malik olarıq. İndi o zamandır ki, gələcəyə nəzər salaq və Allahdan bu yolda inayət istəyək.
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1152705.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    4
    36
    30
    30
    11
    4
    34
    29
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar