Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İsrailə qəfil hücum: ölənlərin sayı 600-ə çatıb – YENİLƏNİR - VİDEO – FOTO Xəbərlər

0

  • İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.
    Buz.Su report-a istinadən xəbər verir ki, indiyədək 2 048 nəfər yaralanıb.
    ------

    11:22

    İsraildə Fələstinin HƏMƏS terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 800 nəfər yaralanıb.
    Buz.Su report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.
    --------

    09:17

    İsrail Milli Fövqəladə Hallar Xidməti ən azı 300 israilli öldüyünü bildirib.

    Buz.Su xəbər verir ki. ölənlərdən biri Festival üçün Almaniyadan İsrailə gələn Şani Lük adlı qadındır.




    ------

    23:48

    İsrail Milli Fövqəladə Hallar Xidməti ən azı 200 israilli öldüyünü, 1100 nəfərdən çox yaralı olduğunu bildirib.
    Fələstin Səhiyyə Nazirliyi isə qeyd edib ki, Qəzza zolağında ölən fələstinlilərin sayı 232-yə yüksəlib. 1700 yaralı var.
    -------
    21:48
    "HƏMAS"ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb.
    Hadisə nəticəsində 1104 yerli sakin yaralanıb.
    Qeyd olunub ki, ölənlərin sayının daha da artacağı gözlənilir.
    -------
    19:43
    Hazırda 320-dən artıq fələstinli yaraqlı İsrail ərazisindədir.
    --------
    19:02
    İsrailin cənubundakaı kəndlərdə vəhşilik edən fələstinli ərəb yaraqlıların tam əksəriyyəti İranın Qəzzada yaratdığı və idarə etdiyi "Səraya əl Qüds" qruplaşmasının üzvləridir.
    --------
    14:08
    HƏMAS-ın hərbi lideri Məhəmməd Deif İsraildə yaşayan ərəbləri və qonşu dövlətləri İsrail üzərinə hücuma qoşulmağa çağırıb.
    13:35
    İsrailin cənubunda terrorçuları ələ keçirdikləri kənd azad olundu. Oradakı bütün terrorçular məhv edilib.
    --------
    12:45
    HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
    --------
    12:06
    HƏMAS-ın atdığı raket İsrailin paytaxtı Təl-Əvivdə yaşayış binasını vurdu.
    11:50
    İsraildə səfərbərlik elan olundu. 
    Fələstinin Qəzza bölgəsində islamçı yaraqlılara qarşı quru əməliyyatı başlayacaq. 
    İsrailin məqsədi bu yaraqlılara sözün əsl mənasında, divan tutmaqdır.
    -------
    11:24

    Mülki fələstinlilər Qəzzanın sərhədində İsrail ərazilərinə sızıb. Onlar bunu müqəddəs yürüş və qədim ərəb torpaqlarının azadlığı kimi qiymətləndirir.
     İsrailin müdafiə naziri Yoav Gallant: HƏMAS terrorçuları bu səhər çox ciddi səhvə yol verib İsrail dövlətinə qarşı müharibəyə başlayıblar.
     Xarici media: İsraildə vəziyyətin pisləşməsindən sonra ölənlərlə bağlı ilk məlumatlar: raket hücumları nəticəsində 80-ə yaxın yaralı xəstəxanalardan birinə aparılıb.
    İsrailin "KanBet" dövlət radiosu: Ölkənin cənubunda HƏMAS və "İslami Cihad"ın hücumları nəticəsində yaşayış məntəqələri üzərində dövlət nəzarəti itirilib.
     Qəzza sektorundan bir çox şəhərlərə və qəsəbələrə, o cümlədən Qüdsə kütləvi şəkildə raketlər atılır.


    11:10
    "İzəddin əl Qassam" qruplaşmasının terrorçuları İsrailin Sderot şəhərində çox sayda mülki şəxsi qətlə yetirib.

    11:06
    İsrailin cənub bölgəsinin polis rəisi Amir Koen HƏMAS və İslami Cihad təşkilatlarının Qəzza bölgəsindən sızmış yaraşlıları ilə döyüşlərdə yaralanıb

    10:58
    İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda "müharibə hazırlığı vəziyyəti" elan edib.
    Benyamin Netanyahu tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirəcək.
    10:56
    İsrailin Roşen le Sion şəhərindəki mədəniyyət mərkəzi raketlə vuruldu

    10:51
    Qəzza zolağındakı fələstinli qruplar tərəfindən İsrail ərazilərinə havadan, sudan və və qurudan irimiqyaslı hücum həyata keçirilir. Hücum zamanı hərbçilər və mülki şəxslər daxil olmaqla, onlarla israilli öldürülüb, hərbi texnika yandırılıb və ya ələ keçirilib.
    Bu hücumlar İsrail Ordusu və kəşfiyyatı üçün çox böyük prestij itkisidir. İran-Səudiyyə yaxınlaşmasından sonra regionda ofsayda düşən İsrail çox çəkingən davranırdı, bunun da fələstinli qruplar tərəfindən "zəiflik" kimi anlaşıldığı görünür.
    Bu gün baş verənləri İsrailin "11 sentyabrı" hesab etmək olar. Yaxın Şərqdə yeni bir böyük müharibənin ilk gününə şahidlik edirik.

    10:45

    Əməliyyatın ilk 20 dəqiqəsində Qəzza zolağından İsrail ərazisinə 5000 raket atılıb. 
    Qəzza zolağı ilə sərhəddə Merkava Mk.4 tipli İsrail tankı vurulub. 
    Fələstin silahlıları Sderotda polis məntəqəsini ələ keçiriblər. Həmçinin bir neçə yaşayış məntəqəsinin də fələstinlilər tərəfindən tutulduğu barədə məlumatlar var. 
    Fələstin qüvvələri bir neçə İsrail hərbçisini əsir götürdüklərini bildirir. Əgər təsdiqlənərsə, bu, son illərdə ilk belə hadisədir. 
    İsraildə müharibəyə hazırlıq vəziyyəti elan edilib.



    -------
    09:38
    "Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endiriblər".
    Buz.Su report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
    "Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur", - məlumatda qeyd edilib.
    Daha əvvəl ordunun mətbuat xidməti məlumat vermişdi ki, İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib.
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1148077.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    30
    21
    29
    23
    25
    13
    27
    30
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar