Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İran “Şərq”in əməkdaşını azad etdi - 180 min avro müqabilində Xəbərlər

0

  • İranda Məhsa Əmininin ölümündən sonra baş verən kütləvi etirazları işıqlandırarkən həbs edilən jurnalistlər Nilufər Həmidi və Elahe Məhəmmədi azad ediliblər.
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, AFP-nin verdiyi məlumata görə, qızlar apelyasiya şikayətinə qədər zaminə buraxılıblar.
    "Şərq" qəzetinin jurnalisti Nilufər Həmədi 2022-ci ilin sentyabrında Əminin ölümündən bir neçə gün sonra həbs edilib. "Ham Miham" qəzetinin fotoqrafı Elahe Məhəmmədi də 2022-ci ilin sentyabrında həbs olunub.
    O vaxtdan hər iki jurnalist həbsdə idi. 2023-cü ilin oktyabrında onlar ABŞ-la əməkdaşlıq, milli təhlükəsizliyə qarşı sui-qəsd və İslam Respublikası əleyhinə təbliğatda ittiham olunaraq təqsirli biliniblər, 7 və 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İndi onların hər biri təxminən 180 min avroluq girov müqabilində azadlığa buraxılıb və apelyasiya şikayətinə baxılmasını həbsxanadan kənarda gözləyəcəklər.
    Məhsa Əmini 2022-ci il sentyabrın 16-da çadranı düzgün taxmamaq ittihamı ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edib. Ailəsi qızın polis vəhşiliyi nəticəsində öldüyünü iddia edir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1175732.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    4
    20
    27
    12
    34
    29
    36
    11
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar