Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İstədiyini ye və arıqla: Alimlər beyində "sehrli düymə" aşkarlayıblar Xəbərlər

0

  • İstədiyini ye və arıqla - bu, qeyri-real səslənir, lakin alimlər bunun artıq mümkün ola biləcəyini elan ediblər.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, elm adamlarının bu barədə araşdırmalarının nəticələri "IFLScience" jurnalında dərc olunub.
    Məqalədə qeyd olunub ki, siçanlar üzərində aparılan təcrübə zamanı beyində rasionu dəyişdirmədən əlavə çəkini atmağa kömək edə biləcək bir növ "düymə" aşkar edilib. Eyni təsirlər insanlarda müşahidə olunarsa, bu, standart pəhrizlərlə əlaqəli aclıq və dietik məhdudiyyətlər olmadan çəki idarə etməyə imkan verən yeni müalicələrə səbəb ola bilər.
    Bədənimiz qidaları emal edir və beyinin lateral hipotalamus (LHA) kimi tanınan sahəsi ətrafında enerji mərkəzləri yaradır. Yağ toxuması adlandırılan bədənimizin yağ ehtiyatlarına siqnal göndərən də məhz odur.
    Yeni araşdırmada elm adamları siçanlar üzərində təcrübələr vasitəsilə bu prosesin necə getdiyini öyrənməyə çalışıblar. Məlum olub ki, qidayla əlaqədar kökələn siçanların LHA sahəsində GABRA5- müsbət neyronların fəaliyyəti yavaşlayıb.
    Elm adamları bunu yoxlamaq üçün kimyəvi maddələrlə GABRA5 neyronlarının fəaliyyətini daha da yavaşladıblar. Nəticədə gəmiricilərin çəkisi artmağa davam edib.
    Bu tapıntı onları əks effekt axtarmağa ruhlandırıb, alimlər GABRA5 neyronlarını aktivləşdirmək qərarına gəlirlər. Bunun üçün isə təsadüf nəticəsində "Neurobiogen biotexnoloji" şirkətinin tamamilə başqa məqsədlə hazırladığı və neyronları aktivləşdirən dərmandan (KDS2010) istifadə ediblər. Nəticədə preparatın təsirindən kök siçanlar qida qəbulunu azaltmadan arıqlamağa başlayıblar.
    Beləliklə, tədqiqatın müəllifləri rasionu dəyişmədən arıqlamağa imkan verən "düyməni" tapa bildiklərini elan ediblər.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1143896.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    18
    11
    31
    19
    19
    14
    21
    12
    5
    3
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar