Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Kəlbəcərdə şəhid olan əsgərimiz harada dəfn olunacaq? Xəbərlər

0

  • Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində bu gün Kəlbəcərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Orucov Qusar rayonunun Suvacal kəndində doğulub.
    Buz.Su bizim media-ya istinadla xəbər verir ki, 15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış.
    Şəhid əsgər sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək.
    Xatırladaq ki, bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1146724.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    32
    28
    29
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar