Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ Xəbərlər

0

  • Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
    Buz.Su nazirliyə istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda ölkə ərazisində müşahidə olunan soyuq və küləkli hava şəraiti yaxın günlər ərzində davam edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.
    "Soyuq və yağıntılı, eləcə də küləkli hava şəraiti həm də ciddi yanğın təhlükəsi yaradır.
    Belə ki, bu hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.
    Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
    Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - məlumatda deyilir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/weather/1177166.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHava
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    15
    15
    18
    31
    14
    20
    21
    31
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar