Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Lalə Məmmədova: “Köçəri həyat yaşayırdım” - VİDEO Xəbərlər

0

  • Əməkdar artist Lalə Məmmədova efirdə dövlət başçısı İlham Əliyev tərəfindən şəhərin mərkəzində ona bağışlandığı 3 otaqlı evdən söz açıb. 
    Buz.Su bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində danışıb. 

    Lalə ona mənzil hədiyyə edən Prezidentə dərin minnətdarlığını bu sözlərlə ifadə edib: 

    "Bu həyatımda çox böyük işıqlı səhifədir. Bu haqda nə qədər danışsam azdır. Dövlət başçımız mənim kiçik yaradıcılığımı qiymətləndirib. O bilirdi ki, mənim evə çox böyük ehtiyacım var. Artıq neçə illər idi ki, valideyinlərimlə birgə yaşayırdım. 3 il bundan əvvəl ad günüm ərəfəsində Cənab Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım mənə ev hədiyyə etdilər. Hətta mənzilimin təmir olunmasını da öz öhdəliklərinə götürdülər. Nə desəm belə onlara olan minnətdarlığımı ifadə edə bilməyəcəyəm. Evin çox gözəl aurası var. Evimə daxil olan hər kəs bunu hiss edir. İki qızımla yeni bir mərhələyə addımladıq. O evdə hər kəsin yeri məlum oldu. Rahat olduq. Elə bil mənə dedilər ki, get indi rahat məşğul ol yaradıcılığınla. Mən də "Darıxmışam" albomunu və klipləri təqdim etdim. Bir sənətçinin öz küncünün olması çox vacibdir. Ona qədər köçəri həyat yaşayırdım, iynə üstündə idim. Bunu evi olmayan insanlar çox gözəl anlayar". 
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1172401.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    22
    29
    31
    13
    27
    21
    18
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar