Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Lemann dələduzluqda ittiham olunur Xəbərlər

0

  • London "Arsenal"ı və Dortmund "Borussiya"sının keçmiş qapıçısı Yens Lemann məhkəmə tərəfindən maddi ziyan vurmaq, polis əməkdaşlarını dəfələrlə təhqir etmək və dələduzluq cəhdinə görə 420 min avro cərimə ödəməyə məhkum edilib. 
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
    Prokurorlar alman qapıçıya 10 aylıq həbs cəzası da istəyib.
    İl yarım əvvəl Lemann əlində elektrik mişarı ilə qonşusunun qarajına dırmaşaraq damını kəsib. Bundan əvvəl o, görüntülərə düşməmək üçün müşahidə kameralarının naqillərini də qırıb. Ancaq kameralar çəkilişi davam etdirib. Məhkəmə prosesində 54 yaşlı keçmiş qapıçı, yaddaş itkisindən əziyyət çəkdiyini əsas gətirərək bunu xatırlamadığını deyib.
    Bundan əlavə, Almaniya millisinin sabiq qapıçısı 2021 və 2022-ci illərdə Münhen hava limanında iki dəfə parkinq qaydalarını pozub. Keçmiş futbolçu elektrikli "Porsche"sini şarj etdikdən sonra, dayanacağın çıxışındakı şlaqbaumda gözləyən digər avtomobillərə tam yaxınlaşaraq 300 avroluq ödənişi etmədən onlarla birlikdə məntəqəni tərk edib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1169450.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    37
    25
    28
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar