Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Generalın cinayət işi üzrə dövlət büdcəsinə 40 milyon ziyan ödətdirilib - Vəkili açıqladı Xəbərlər

0

  • Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun da ittiham olunduğu cinayət işi üzrə istintaqın ona aid hissəsi yekunlaşdırılıb. İşin N.Məmmədova aid hissəsi ayrılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
    Sonxeber.pro xəbər verir ki, bu barədə Trend-ə sabiq generalın vəkili Rəşad Mirmehdizadə bildirib.
    Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət bübcəsinə ödənilib və bu proses davam edir.
    "Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib. Hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışının başlanılması gözlənilir" - deyə, R.Mirmehdizadə əlavə edib.
    Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib.
    Yüksək çinli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdar mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilibdir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/crime/1140278.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCinayət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib36 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    19
    36
    18
    17
    30
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar