Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Milyonçunu oğurladılar - Sevgilisi kömək üçün yalvarır - FOTOlar Xəbərlər

0

  • Milyonçu və Britaniyanın keçmiş fəxri konsulu 78 yaşlı Kolin Armstronq dekabrın 16-da səhər saatlarında Ekvadorda qaçırılıb.
    Buz.Su sfera.az-a istinadən bildirir ki, polis forması geyinmiş naməlum şəxslər qara rəngli BMW-də milyonçunu və onun kolumbiyalı sevgilisini qaçırıblar.
    Dəbdəbəli mülkdə onunla birlikdə gənc sevgilisi Catherine Paola Santos da olub. Hüquq-mühafizə orqanları bildirib ki, qadın tezliklə azadlığa buraxılıb və artıq ifadə verir. O, kömək üçün yalvarır. Bir sıra nüfuzlu agentliklər də bu dolaşıq hekayə haqqında yazıb.
    Armstronq və onun sevgilisinin qaçırıldığı avtomobil yaxınlıqda yolun kənarında tərk edilmiş vəziyyətdə tapılıb.
    Armstronqun qızı, Kaliforniyada daşınmaz əmlak agenti kimi çalışan Diana Armstronq-Bruns ictimaiyyətə açıqlama verib. O, atası haqqında hər hansı mühüm məlumatı olan hər kəsdən hüquq-mühafizə orqanlarına zəng etmələrini xahiş edib.
    Britaniya Xarici İşlər Nazirliyi məsələni mümkün qədər tez araşdırmaq üçün Ekvador səlahiyyətliləri ilə əlaqə saxladığını bildirib.
    Qaçırılanların pul tələb edib-etmədikləri hələlik məlum deyil.
    Jurnalistlər Armstronq və onun gənc sevgilisi Ketrinin dəbdəbəli həyatını əks etdirən fotoşəkilləri dərc ediblər.



    Cazibədar qız İnstaqramda birlikdə səyahətlərini və tətillərini nümayiş etdirməyi çox sevirdi. Bu yaxınlarda səhifəsindən izsiz yoxa çıxan fotolarda cütlük Hollivuddakı əfsanəvi yazı, Misirdəki piramidalar, eləcə də okean sahillərində, restoranlarda və Yapon Nəbatat Bağında romantik məclislər zamanı pozalar verir. Fotoşəkillərin silinməsi də müəmmalıdır və şübhə doğurur (qadının azad edilməsi də həmçinin).
    Yeri gəlmişkən, 78 yaşlı Kolin Armstronq Ekvadorun liman şəhəri Quayakildə Britaniya konsulluğuna da rəhbərlik edib. O, həmçinin kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı, daşınması və satışı ilə məşğul olan "Agripac" adlı iri yerli şirkətin təsisçisidir.
    Milyonerin övladlığa götürdüyü oğlu Leo Morris atasına İngiltərənin Yorkşir şəhərindəki restoranına rəhbərlik edir.
    2011-ci ildə Armstronq Britaniya kral ailəsi qarşısında xüsusi xidmətlərinə görə xüsusi nişanlarla təltif edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1168428.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17
    26
    30
    29
    19
    17
    77
    26
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar