Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Müharibə üzərində... qələbə - FOTO Xəbərlər

0

  • "Bəşər tarixi müharibələrin tarixidir". Prussiyalı general Ksrl fon Klauzeviç bu fikri deyəndə eşikdəki vaxt 18-ci əsr idi. O yüzildə, bəli, dünyanı müharibələr idarə edirdi, ayrı-ayrı fərdlərin də, bütöv-bütöv xalqların da, bütün bəşəriyyətin də taleyini silah bəlirləyirdi.
    Bu, 5000 il idi ki, belə gəlmişdi və belə də gedirdi. Bu tarix boyunca cəmisi 300 il müharibəsiz keçib. Qalan 4 min 700 il dünyanın gah o, gah bu bölgəsində savaş vardı. Lokal savaşlar bir yana, dünya keçən 20-ci yüzildə iki dünya müharibəsi ilə sarsıldı. 21-ci yüzil də Üçüncü Dünya Müharibəsi ilə başlayıb. Ancaq bu, əvvəlkilərdən fərqlidir. Paralel olaraq ticarət müharibləri, vətəndaş müharibələri, etnik münaqişələr, dini zəmində toqquşmalar, sosial üsyanlar, inqilablar... vardı. "İnqilab demişkən, xüsusən, 21-ci yüzil "rəngli inqilab"larla gəldi.
    Bütün bunların rezümesi olaraq bir yazımda yazmışdım: "Dünyanı nifrət yox, sevgi idarə etsəydi, bəşəriyyət ərzaq qıtlığından və silah bolluğundan bu qədər əziyyət çəkməzdi".
    Biz də millət olaraq qonşuluqdakı xalqın nifrət obyekti olduq; bizə də müharibə yaşatdılar. Həm də dəfələrlə. Son 44 günlük müharibədə, sonra 1 sutkalıq əməliyyatda, bəli, hücumda olan, qalib gələn biz idik. Bizim ordumuz, dövlətimiz idi. Ancaq bu müharibə bizim iradəmiz xaricində başlamışdı. Bəli, bu müharibəni biz başlatmamışdıq, ancaq biz bitirdik. Həm də zəfərlə. Elə adını da "Zəfər günü" qoyduq.
    Şuşa qələbəsini biz belə adlandırdıq; bu, doğrudan da, belə idi. Biz 2020-ci il noyabrın 8-dək Şuşanı yatıb yuxumuzda da görmürdük. Əlbəttə, bu, obrazlı deyimdir; biz Şuşanı unutmamışdıq, Şuşanın xəyalını qururduq da. Amma biz Şuşanı azad görəcəyimizi bir az çətin təsəvvür edirdik. Hər halda bir çoxumuz. Ya da elə çoxumuz belə düşüncə içində yanıb qovrulurdu. Ancaq Şuşa xəyal idi, gerçək oldu. Üstəlikn, zəfərimizin günü olaraq simvollaşdı.
    Düzdür, 10 noyabr gecəsi üçtərəfli bəyanat imzalananda: "Qalan torpaqlar düşmənə qaldı" deyənlər də az deyildi. Ancaq müharibəni idarə edən sərkərdə - Ali Baş Komandan təmkinlə və diqqətlə həlledici fazaya hazırlaşırdı. Son nöqtəni də Xankəndində Azərbaycanın üçrəngli bayrağını qaldırmaqla qoydu.
    Prezident İlham Əliyev əslində hərb sənətini oxumayıb; hərbi deyil, diplomat təhsili alıb. Ancaq o, yüksək səviyyəli hərbi strateq olduğunu da göstərdi. Əslində Böyük Zəfərlə başa çatmış bu müharibəni üç böyük mərhələyə bölmək olar: birincisi peşəkar ordu quruculuğu, ikincisi diplomatik zəmin hazırlığı, üçüncüsü hərbi faza idi. Beləliklə, Ali Baş Komandan əslində bizə bir deyil, eyni vaxtda üç qələbə qazandırmış oldu. Bu Zəfər artıq yekun sülh müqaviləsi ilə taclandırılmağa doğru gedir. Burda, xüsusilə, vurğulamaq istədiyim bir məqam var: Azərbaycan dövləti və bu dövlətin başçısı son 3 il ərzində Ermənistanı 3 dəfə məğlub etdi: biri, 44 günlük müharibədə kapitulyasiyaya məcbur etməklə, ikincisi, təslim olmağa məhkum etməklə, üçüncüsü, BMT kürsüsündə məyus etməklə.
    Bunların da hamısı bütövlükdə sülhə məcburetmə strategiyası idi.
    Biz bu məqsədlərə çatdıq. Bunlardan sonra (hətta paralel!) gedən proses isə bölgəyə sülh gətirməyi hədəfləyib.
    Bəli, keçən yüz ildə başımıza iki müharibə açanlar, bu yüzilin əvvəlində üçüncüsünü yaşadılar. Biz bölgənin başına müharibə deyil, sülh "açmaq" planları qururuq və bunu həyata da keçiririk. O üzdən, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan ordusu sübut etdi ki, general fon Klauzeviçin ifadə etdiyi paradiqmanı dəyişmək - bəşər tarixinin axınını savaş vektorundan barış vektoruna döndərmək mümkündür. Və, əlbəttə ki, mühümdür.
    Bəşər tarixi bu zamana qədər müharibələrin içində çabalayıbsa, bu, o deməkdir ki, bundan sonra sülh içində - normal insan kimi yaşaya bilməz?! Bəşəriyyət niyə öz taleyini sülhə deyil, müharibələrə bağlasın?!
    Cavablar, əslində, sualın özündədir. Azərbaycanın qələbəsi də həm də bu səbəbdən çox önəmli faktordur; təkcə ulusal, subregional, hətta regional deyil, qlobal mahiyyət daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, üstəlik bunu mülki əhaliyə və mühüm sosial infrastruktura zərər vermədən edə bilməsi bütün ölkələr üçün, bütün millətlər üçün nümunədir.
    Dünyada günün bu günündə 70-ə yaxın münaqişə var. Azərbaycanın qazandığı uğur ən azı bu münaqişələri necə həll etməyin mükəmməl resepti, müfəssəl "yol xəritəsi"dir. Bu Zəfər Azərbaycanı dünyanın güclü dövlətləri, güclü orduları, güclü diplomatiya məktəbləri, güclü liderləri sırasına çıxardı. Biz bu tarixi qələbə ilə özümüzdən qat-qat böyük dövlətlərin, dəfələrlə güclü orduların, nəhəng diplomatiya resurslarının və qlobal miqyaslı kəşfiyyat sistemlərin bölgəmizdə əleyhimizə qurduqları planları, oyunları pozduq.
    Bir sözlə, bunu təkcə və sadəcə, Ermənistan üzərində qazanılmış qələbə kimi qiymətləndirmək doğru olmaz. Eyni zamanda biz bu uğurumuzu "müharibə üzərində qələbə" kimi də ifadə edə bilərik; 21-ci əsrdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müharibənin ən uğursuz seçim olduğunu hər kəsə isbatlamış olduq.
    Biz dünya hərb elminə yeni strateji düşüncə tərzi təqdim etdik. Dünya diplomatiyasına fərqli siyasi dil üslubu, pozitiv (konstruktiv) narrativlər qazandırdıq. Bütün bunları edən dövlətin və xalqın mübarək Zəfər gününü doya-doya yaşamaq haqqı var.
    BİZİMYOL.İNFO

    Mənbə: https://news.milli.az/country/1155141.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    33
    23
    15
    21
    13
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar