Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İrəvan 2 milyardlıq silah alır: pulu kim ödəyir? Xəbərlər

0

  • Ermənistan hər zaman dövlət kimi başqalarının himayəsində yaşamağa öyrənib. 30 illik "müstəqillik" dövründə rəsmi İrəvan Moskvanın forpostu idi, indi isə başqalarının himayəsinə keçir.
    Bu sözləri Axar.az-a Ermənistanın 2020-2025-ci illər üçün silah alınmasına ayırdığı 2 milyard dollardan çox vəsaitin mənbəyi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.
    "Paşinyan hökumətinin Hindistan və Fransadan aldığı silah-sursat və hərbi texnikanın pulunu ödəyəcək durumda olmadığı hamıya aydındır. Ona görə də zaman keçdikcə Ermənistan sözügedən ölkələrin forpostuna çevriləcək. Ancaq Rusiya heç vaxt buradan əl çəkməyəcək. Balansı qorumaqla eyni vaxtda bütün ölkələrin marağını təmin etmək çox çətin olduğuna görə qarşıdakı bir neçə il ərzində biz Ermənistanın beynəlxalq güclərin rəqabət meydanına çevrildiyini görəcəyik", - siyasi şərhçi bildirib.
    Professor Qabil Hüseynli diasporun və AB-nin Ermənistanın silahlanmasındakı roluna diqqəti çəkib:
    "Fikrimcə, silahların və artilleriya sistemlərinin alınmasının bir qismi erməni diasporu tərəfindən maliyyələşdirilir. Vəsaitin geri qalanı isə AB tərəfindən, xüsusilə Fransadan yardım adı altında, eyni zamanda dolayı yolla və qeyri-qanuni vasitələrlə təmin olunur. Məqsəd isə balans yaratmaq yox, Ermənistanı hərbi cəhətdən gücləndirmək, bu yolla Cənubi Qafqazda nüfuz dairəsi əldə etməkdir".
    İqtisadçı Natiq Cəfərli isə açıqlamasında Rusiyanın bu yolla silah embarqosundan yayındığını bildirib:
    "Məncə, silahlanmaya xərclənən pullar Ermənistanın yox, Rusiyanın sanksiyalar səbəbindən Hindistanda ilişib qalmış vəsaitidir. Silah-sursat və hərbi texnika Hindistandan alınır, İran və Ermənistan üzərindən Rusiyaya daşınır".
    Qeyd edək ki, Ermənistanın 2020-ci ildən başlayaraq, aldığı və alacağı silahlara və hərbi texnikaya sərf edəcəyi ümumi vəsaitin 2 milyard dolları keçəcəyi gözlənilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/armenia/1170899.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18
    30
    33
    21
    39
    21
    11
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar