Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Şəhərdəki əhali regionlara qaytarılmalıdır” – Deputat Xəbərlər

0

  • Xəbər verdiyimiz kimi, Bakıdakı demoqrafik yüklənməyə görə, Şəhərsalma və Arkitektura Komitəsi yeni layihə üzərində çalışır.
    Belə ki, komitədən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda çoxmərkəzlilik yaradılacaq və bu da Bakıdakı yüklənməni azaldacaq.

    Maraqlıdır, sözügedən sənəd təsdiq olunduqdan sonra, şəhərdə sıxlıq azalacaqmı?

    Buz.Su bildirir ki, millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, şəhər əhalisi stimullaşdırılaraq regionlara geri qaytarılmalıdır:

    "Əlbəttə ki, bu istiqamətdə layihələrin hazırlanmasından xəbərdarıq. Son zamanlarda Şəhərsalma və Arxitektura Komitəsi bu barədə xeyli işlər görür, qanunsuz tikililərin qarşısı alınır. Lakin təbii ki, bu məsələ daha geniş aspektdə müzakirə olunmalıdır. Gecəqondulaşma və insanların stimullaşdırılaraq şəhərdən regionlara geri qaytarılması üçün işlər görülməlidir.

    Əgər bu baş verməsə, problemlər hələ də qalmağa davam edəcək. Bakıdakı yükün azaldılması məsələsi məhdudlaşdırıcı addımlarla yekunlaşmır, böyük bir dövlət proqramı gerçəkləşdirilməlidir.
    Hesab edirəm ki, bu layihələri gördükdən sonra, digər mərkəzlərin hansı şəhərlərdə olması ilə bağlı fikir bildirmək olar. Mən daha çox paytaxtın köçürülməsi məsələsini önəmli sayıram. Eyni zamanda Bakıdakı yükün azaldılması üçün Sumqayıt faktorundan da istifadə etmək olar".
    Buz.Su



    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1157246.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    27
    9
    30
    10
    27
    39
    39
    11
    20
    7
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar