Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Priqojinin oğlu peyda oldu - Böyük bir sərvətə sahib olacaq - FOTO Xəbərlər

0

  • Rusiya prezidenti Vladimir Putinə qarşı başlatdığı qiyamdan cəmi 2 ay sonra şübhəli şəkildə dünyasını dəyişən rus muzdlu "Vaqner" qrupunun lideri Priqojin ölümünün 40-cı günündə yaxınları tərəfindən Sankt-Peterburqda yerləşən məzarı başında yad edilib.
    Buz.Su manşet.az-a istinadən xəbər verir ki, məlumata görə, mərasimdə Priqojinin 100 milyon funt-sterlinq sərvətini miras alacaq 25 yaşlı oğlu Pavel və anası Violetta da iştirak edib.
    Bəzi rusiyalı ekspertlər Pavelin mirasın bir hissəsi kimi Vaqner qrupuna nəzarəti ələ alacağını iddia edib.
    Bəziləri təyyarənin içindəki cəsədin Priqojinə aid olmadığını və 62 yaşlı Priqojinin sakitcə xaricə qaçdığını desə də ənənəvi mərasimdə anası və oğlunun iştirakı Priqojinin təyyarənin içərisində öldüyünü təsdiq edir.
    Qeyd edək ki, Priqojinin ölümünün 40-cı günündə Moskvada və bir çox başqa şəhərlərdə mərasimlər keçirildi. Mərasimlərə minlərlə rusiyalı qatıldı, lakin dövlət televiziyası bunu işıqlandırmadı. Putinin əleyhdarları isə ana və oğlunu qəbiristanlıqda tək qoymayıb, əllərində "Qan, namus, vətən, igidlik" yazılmış plakatlar tutublar.
    Buz.Su

    Mənbə: https://news.milli.az/russia/1147275.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaRusiya
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    35
    31
    30
    20
    28
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar