Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək? Xəbərlər

0

  • Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə Ərəb İqtisadi Əməkdaşlıq Forumunun 3-cü iclası çərçivəsində jurnalistlərə deyib.
    "Bu ölkələr - Ermənistan və Azərbaycan mənim yurisdiksiyam altında deyil, lakin bildiyimə görə, iştirakçılardan cavab verilmədiyi üçün görüşün tarixi hələ müəyyən edilməyib. Ermənistan hələlik razılıq verməyib, amma ümid edirik ki, bu danışıqlar baş tutacaq", - o deyib.
    Bundan əvvəl, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Smadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır və Qazaxıstan tərəfi hazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxlayır. Eyni zamanda, onun sözlərinə görə, danışıqların yalnız bu iki tərəf arasında aparılması nəzərdə tutulur.
    Onun sözlərinə görə, təsadüfi deyil ki, Qazaxıstan İrəvan və Bakıya bu danışıqlar üçün platforma olmağı təklif edib, onun Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı illərindən məlumdur.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/politics/1200689.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    2
    23
    14
    28
    28
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar