Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik” Xəbərlər

0

  • "Uşaqlarımızı savadsız müəllimlərə etibar edə bilmərik! Biz uşaqlarımızı müəllim adını daşımağa layiq olmayanlara etibar edə bilmərik! Niyə də etməliyik? Niyə bizim övladlarımıza öz peşəsini dərindən bilən, sevən, savadlı müəllimlər dərs deməsin?.."
    Sonxeber.pro xəbər verir ki, bu sözləri tanınmış jurnalist Azər Həsrət feysbuk səhifəsində yazıb.
    Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi son illərdə müəllim peşəsinin nüfuzunun artırılması, daha savadlı, təcrübəli, layiqli şəxslərin bu istiqamətdə önə çəkilməsi üçün sertifikasiya keçirir:
    "Şəxsən mən bir vətəndaş olaraq bu prosesi dəstəkləyirəm! Düşünürəm ki, əgər bir şəxs özünə güvənirsə, müəllim adını daşımağa haqqının çatdığına əmindirsə, niyə sertifikasiyadan narahat olmalıdır?
    Şəxsən mən müəllim olsaydım, həvəslə bu prosesdə iştirak edib doğrudan da layiqli müəllim olduğumu yüksək səslə sübut edərdim!
    Sertifikasiya təhsil sistemində həyata keçirilən islahatların tərkib hissəsi olaraq keyfiyyətin yüksəldilməsinə xidmət edir. Yəni millətin övladları daha keyfiyyətli müəllimlərdən dərs alsın deyə edilir bu".
    A.Həsrət bildirib ki, dünya ölkələri kosmosa turist göndərir, ən yüksək elmi nailiyyətlər əldə edir, bizdə isə bəlli bir zümrə hələ də təhsili axsatmaqla məşğuldur: "Ona görə də cəmiyyət, özəlliklə də onun fəal kəsimi olaraq bu prosesdə fəal olmalıyıq ki, məktəblərdə yüksək savadı və uşaqlarımıza keyfiyyətli təhsil verən müəllimlər olsun. Ümid edirik ki, bu sertifikasiya prosesi tam şəffaf keçəcək və layiq olanlar o müqəddəs müəllim vəzifəsində qalmağa davam edəcək".
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1140314.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    22
    23
    30
    18
    17
    113
    26
    26
    26
    37
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar