Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Psixiatriya Xəstəxanasının şöbə müdirinə hökm oxundu Xəbərlər

0

  • Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Buz.Su APA-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Hüseyn Seyidov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
    Hökmdə qeyd olunub ki, o, səhiyyə sahəsində 2 il rəhbər vəzifə tutmaq huququndan da məhrum olunur.
    Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
    Qeyd edək ki, Hüseyn Seyidov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb. Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.



    Hüseyn Seyidovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilib.
    Təqsirləndirilən Hüseyn Seyidov məhkəmədə xəstə yaxınları tərəfindən ona hörmət əlaməti olaraq pul verildiyinu və verilən pulu baş həkimlə böldüyünü deyib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1168456.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    31
    33
    28
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar