Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin Xəbərlər

0

  • Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul-Qeyt ərəb ölkələrini Mərkəzi Asiya və Azərbaycanla iqtisadi inteqrasiyanı sürətləndirmək üçün mexanizmlərin qurulmasına çağırıb.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu barədə "Qatar News Agency" məlumat yayıb.
    Baş katib Qətər dövlətinə Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 4-cü sessiyasına ev sahibliyi üçün Mərkəzi Asiya və Azərbaycana göndərdiyi müraciətə görə minnətdarlığını bildirib.
    O, ərəb regionu, Mərkəzi Asiya və Azərbaycanın ortaq coğrafi, sivilizasiya və mədəni məkan təşkil etdiyini vurğulayıb. Həmçinin bu regionlar arasında onilliklər ərzində münasibətləri səciyyələndirən çoxillik əlaqələri və müxtəlif mübadilələri qeyd edib.
    Əbül-Qeyt xatırladıb ki, Liqa tərəflər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı dərinləşdirmək məqsədi ilə 2005-ci ildə Azərbaycan, 2007-ci ildə Qazaxıstan və Özbəkistan və 2014-cü ildə Tacikistanla Anlaşma Memorandumları imzalayıb.



    Qeyd edək ki, aprelin 30-da Doha şəhərində Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak və çıxış edib.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1200723.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    10
    28
    21
    24
    5
    29
    23
    17
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar