Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qeydiyyat nişanını bu formada gizlədən GÖRÜLMƏYİB... - VİDEO Xəbərlər

0

  • Avtomobili qanunsuz ərazidə park edir, məsuliyyətdən yayınmaq üçün isə dövlət qeydiyyat nişanının üzərini bağlayır.
    Sonxeber.pro Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Belə ki, şəhərin müxtəlif küçə və prospektlərində dayanma durma qaydalarını pozan sürücülərin əksəriyyəti, məsuliyyətdən yayınmaq  məqsədi ilə müxtəlif üsullara əl atırlar.
    Qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, məsuliyyətdən yayınmaq üçün bu üsullara əl atan sürücülərə, dayanma durma qaydalarını pozmaları ilə yanaşı həm də, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə cərimə tətbiq edilir.
    Ömər Xıdırov qeyd edib ki, həmin sürücülər müşahidə kameraları vasitəsi ilə aşkarlandıqdan sonra, sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1139185.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    29
    35
    27
    11
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar