Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Riçard Raşi İlham Əliyevi təbrik edib Xəbərlər

0

  • Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiyalaşdırma naziri Riçard Raşi Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
    Buz.Su president.az-a istinadən bildirir ki, məktubda deyilir:
    "Zati-aliləri.
    Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
    Azərbaycan Respublikası vətəndaşlarının müasir tarixdə ilk dəfə olaraq öz vətənlərinin bütün ərazisində seçki hüququndan istifadə edə bilmələri əlamətdar hadisədir və bu tarixi hadisə ölkənizin tam suverenliyini təsdiq edir.
    Fürsətdən istifadə edərək ölkələrimizin nəinki qoruyub saxladığı, həmçinin sistemli şəkildə dərinləşdirdiyi möhkəm dostluq münasibətlərini vurğulamaq istəyirəm. Slovakiya Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafından tutmuş beynəlxalq səviyyədə qarşılıqlı dəstəyə qədər bir sıra sahələrdə əməkdaşlığı yüksək qiymətləndirir.
    İnanıram ki, ikitərəfli əməkdaşlığımız qarşılıqlı anlaşma və ümumi maraqlar naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
    Zati-aliləri, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram".

    Buz.Su 

    Mənbə: https://news.milli.az/politics/1183561.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    30
    37
    23
    14
    26
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar