Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Rusiyada olan Paşinyana Qərbdən xəbərdarlıq: “Gələn ildən...” Xəbərlər

0

  • Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada olarkən NATO-dan İrəvana xəbərdarlıq edilib.
    Buz.Su teleqraf.com-a istinadən bildirir ki, bunu erməni siyasi ekspert Aren Saratikyan deyib.
    Onun sözlərinə görə, Ermənistan rəhbərinin Rusiyaya səfəri Avropa Birliyi və ABŞ-ni narazı salıb:
    "Paşinyan Avrasiya İqtisadi Birliyi və MDB-nin sammitlərinə qatılmaq üçün Rusiyaya gedərkən Qərbdən etirazlar gəldi.
    Ermənistanın xarici siyasətindən danışan NATO baş katibinin xüsusi nümayəndəsi Ksavye Kolomina bildirdi ki, İrəvan Moskvadan uzaqlaşmaq məqsədilə xarici siyasətini dəyişməsi ilə bağlı çox aydın qərar verib:
    "Ermənilər öz qərarlarını verməkdə azaddırlar və bunu etmək qərarına gəliblər, artıq bizə yaxınlaşmağa başlayıblar, daha çox əməkdaşlıq, daha çox siyasi dialoq gözləyirlər, NATO-nun münasibətlərdə daha çox iştirakını istəyirlər".



    Beləliklə, Qərb Paşinyana xarici siyasi vektorunu dəyişmək siyasətindən yayınmamaq üçün konkret xəbərdarlıq edir. Son bəyanat bunun açıq sübutudur. İndiyədək belə səfərlərlə bağlı sərt açıqlamalar yox idisə, yeganə səbəb o idi ki, Qərb sonda özünü harada gördüyünü Paşinyanın özündən anlamaq istəyir.
    İstisna deyil ki, Ermənistana qayıtdıqdan sonra birdən Paşinyan xarici siyasi vektoru dəyişmək istəmədiyi məlum olsa, Qərb gələn ildən daha sərt mövqe tutacaq".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1170272.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    29
    23
    25
    32
    26
    28
    17
    40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar