Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Şəkidə 6 yaşlı uşaq xəstəxanada qızılcadan ölüb - YENİLƏNİB Xəbərlər

0

  • 15:30

    TƏBİB Şəkidə azyaşlının xəstəxanada qızılcadan ölməsi ilə bağlı məlumat açıqlayıb.
    Qurumdan Buz.Su-a bildirilib ki, valideynlərinin söylədiyinə görə, 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub:
    "Hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, Yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
    05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib.
    Qardaşı Məmişov Əli İsmayıl oğlu 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən Təcili yardım bölməsinə gətiriblər.
    Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub".
    O da qeyd edilib ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib.



    --------

    10:36

    Şəkidə altı yaşlı uşaq xəstəxanada ölüb.
    Buz.Su APA-ya istinadən bildirir ki, yanvarın beşindən altısına keçən gecə rayonun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.
    Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.
    Qeyd edək ki, son bir ay ərzində ölkədə qızılca xəstəliyindən 10-dək uşaq dünyasını dəyişib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1173128.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    24
    24
    23
    24
    26
    20
    29
    21
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar