Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Şəmkir sakinində silah aşkarlanıb - FOTO Xəbərlər

0

  • Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəyal Hüseynov saxlanılıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Buz.Su-a verilən məlumata görə, polis şöbəsində X. Hüseynovun üzərinə baxış keçirilən zaman bir ədəd qundağı və lüləsi kəsilmiş, 16 kalibirli "TOZ" markalı tüfəng aşkar edilərək götürülüb.
    Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisindəki boş sahələrin birində içərisində bir ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 96 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.
    Polis əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
    Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1183710.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    57
    37
    18
    34
    16
    30
    16
    32
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar