Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycanda universitet tələbələri dəm qazından zəhərləndi Xəbərlər

0

  • Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər.
    Buz.Su APA-ya istinadən bildirir ki, hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.
    Evdə kirayəçi kimi yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
    Dəm qazından zəhərlənən şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün gecə saat 02:30-da evə buraxılıblar. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1184885.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    27
    22
    14
    15
    26
    37
    12
    21
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar