Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Sənan Süleymanov uğursuzluğunun səbəbini açıqladı Xəbərlər

0

  • Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanovun Avropa çempionatındakı uğursuz çıxışının səbəbi bəlli olub.
    Buz.Su İdman.Biz-ə istinadən bildirir ki, bunu 77 kq çəkidə çıxış edən idmançının özü açıqlayıb.
    O, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında çempionat ərəfəsində zədə aldığını bildirib: "Yarışa 5 gün qalmış belimin yuxarı hissəsindəki T9 və T10 diskindəki 4 mm yırtıqda kəskin ağrı oldu. Heç məşq də edə bilmədim. Hər gün ağrılar olur. L4, L5 və S1 disklərində sürüşmə və yırtıq var".
    Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Sənan bildirib ki, zədədən sonra tam hazır olacağı vaxt da dəqiqləşməyib: "Ancaq bunların heç birini məğlubiyyətimə bəhanə göstərmək istəmirəm. Hələ Buxarestdə olduğum üçün müalicə prosesinin nə qədər çəkəcəyini deyə bilmirəm. Sol çiynim və sol dizimdə də ağrılar var. Belimdəki zədə onsuz da sağalası vəziyyətdə deyil. Bu, ömürlük zədədir. Sadəcə, ağrıları müalicə yoluyla azaltmaq mümkün olur. Artıq bu zədələrlə yaşamağa alışmışam".
    Qeyd edək ki, Rumıniyada keçirilən Avropa çempionatına İdris İbayev (Almaniya) üzərində 8:0 hesablı qələbə ilə başlayan Süleymanov 1/4 finalda Antonio Kamenyaseviçə (Xorvatiya) uduzub - 1:3.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1183364.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    32
    28
    16
    2
    34
    14
    30
    29
    29
    24
    15
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar