Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Lalə: "Bizim heç zaman dostluğumuz olmayıb" - VİDEO Xəbərlər

0

  • "Brilliant xanımla küsülülüyün kökündə boş, məntiqsiz və mənasız söz-söhbətlər vardı. O söz-söhbətlərə son qoymaq üçün hesab edirəm ki, nə gözəl bu barışıq oldu".
    Buz.Su bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.
    Sənətçi Xalq artisti Brilliant Dadaşova ilə illərlə aralarında yaşanan küsülülükdən söz açıb:

    "Xarici görünüşüm və səsim Brilliant xanıma bənzəyib. Burada isə mənim heç bir günahım da olmayıb. Gənc yaşlarımda mənə sual verəndə ki, kimi dinləyirsiniz, başqa müğənnilərin adını demişdim, amma Brilliant xanımın adını çəkməmişdim. Bu isə onun xətrinə dəymişdi. Buna haqqı da vardı. Çünki Brilliant xanım bir məktəbdir".

    Məmmədova Dadaşova ilə barışığını isə belə şərh edib:

    "Əgər bizim barışığımız piar olsaydı, mən o çəkilən barışıq videosunu sosial şəbəkə hesabımda paylaşardım. Hətta yanıma jurnalisti də qoşardım. Bu heç bir piara xidmət etməyən və qəlbdən gələn bir addım idi. Biz Brilliant xanımla onun ad günü məclisində gəşəng oxuduq da, oynadıq da... Bizim heç zaman dostluğumuz olmayıb. Bu əvvəlcədən planlaşdırılmış bir məsələ deyildi. Çünki həmin zaman başqa ad günü məclisində idim. Birdən belə bir qərar verildi. Və nə yaxşı ki, bu oldu. Bu barışığa yazılan şərhlərə və Brilliant xanımın adına görə də çox üzüldüm.
    Özüm o şərhləri oxumasam da amma  mənə gəlib hər şey deyirdilər. Barışığımızdan tələm-tələsik, montaj olunmuş çəkiliş paylaşılmışdır. Brilliant xanımla qucaqlaşıb, öpüşüb, birlikdə rəqs elədik də... İnsanları da qınaya bilmirəm. Onlar kənardan baxırlar və görüntülərə aldanırlar. Amma onun gerisi də vardı. Təəssüflər olsun ki, onları paylaşmamışdırlar. Sevinirəm ki, bu ölümlü-itimli dünyada belə bir addım atdım. Brilliant xanım da bunu səmimi qarşıladı, onun çox gözəl və böyük ürəyi var".

    Buz.Su

    Mənbə: https://news.milli.az/showbiz/1155925.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    16
    29
    28
    31
    17
    19
    34
    17
    32
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar