Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Səs tellərində problem olan insanlar bunun sayəsində danışa biləcəklər - FOTO Xəbərlər

0

  • Artıq səs telləri zədələnən insanlar da danışa biləcəklər. Kaliforniya Universitetinin (ABŞ) Biomühəndislik Departamentinin alimləri bunun üçün insanın boynuna yapışdırılan xüsusi cihaz hazırlayıblar. Sözügedən qurğu boğaz əzələlərinin hərəkətlərini nitqə çevirmək qabiliyyətinə malikdir və insana səs tellərindən istifadə etmədən danışmağa imkan verir.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, bu barədə "Nature Communications" elmi jurnalında dərc olunan məqalədə xəbər verilib.
    Bildirilib ki, cihazın işləməsi üçün batareya və ya elektrik bağlantısı tələb olunmur. O, elastik silikon materiala daxil edilmiş miniatür maqnitlərdən ibarətdir və funksional olaraq, insanın səslərin tələffüzü ilə əlaqəli boğaz əzələlərinin hərəkətlərini tanıya bilir. Bu əzələ hərəkətləri onun işləməsi üçün zəruri olan elektrik enerjisini istehsal etmək üçün də istifadə olunur.
    Alimlərin sözlərinə görə, cihaz müxtəlif səbəblərdən səs telləri zədələnən insanlara kömək edə bilər.
    Qeyd edək ki, cihazın praktiki nümayişi zamanı nitq problemi olmayan səkkiz nəfər sınaqlara cəlb olunub. Alqoritm cihazın elektrik impulslarını 95% dəqiqliklə nitqə çevirə bilib.



    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1189978.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    38
    17
    34
    27
    21
    28
    18
    28
    33
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar