Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Sevinc Fətəliyeva AŞPA-nın iclasında erməni deputatı BELƏ SUSDURDU Xəbərlər

0

  • Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə keçirilən komitə iclasında erməni deputat həmişə olduğu kimi, bu dəfə də iclasın gündəliyinə daxil olmayan məsələni müzakirəyə çıxarmağa çalışıb.
    Buz.Su AZƏRTAC-a istinadən bildirir ki, erməni deputat Azərbaycanın öz tarixi torpağı olan Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinə başqa don geyindirməyə cəhd edib. Ancaq iclasda iştirak edən azərbaycanlı deputat Sevinc Fətəliyeva erməni deputatı yerinə oturdub və Azərbaycanın öz ərazilərində antiterror tədbirləri həyata keçirdiyini bildirib. Erməni deputatın lüzumsuz cəhdi ilə bağlı S. Fətəliyeva deyib: "Yaxşı məşq edilmiş, yaxşı hazırlanmış "tamaşalar"ınız bir vaxtlar Avropa tamaşaçıları arasında uğur qazansa da, indi artıq pis teatrı xatırladır. Ermənistan öz öhdəliklərini yerinə yetirsəydi, bu vəziyyət baş verməzdi".
    Azərbaycanlı deputat qeyd edib ki, üçtərəfli Bəyanatın əsas müddəalarından biri qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxarılmasıdır. Hazırda Azərbaycan ərazisində 10 min qeyri-qanuni erməni silahlısı var. Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin Ordumuza, işğaldan azad edilən ərazilərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymaqda davam edir. Bir gündə iki mülki şəxs və dörd polis əməkdaşı mina partlayışı nəticəsində həlak olub. Bundan başqa, minaatanlarla hücum nəticəsində iki hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri üçtərəfli Bəyanata zidd olaraq hələ də geri çəkilmək istəmədiyindən, mümkün genişmiqyaslı təxribatların qarşısının alınması üçün Azərbaycan antiterror tədbirləri həyata keçirməyə başlayıb.
    S. Fətəliyeva vurğulayıb ki, Azərbaycanın suveren ərazilərində beynəlxalq hüququn normalarına zidd olaraq istənilən hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycanın bugünkü tədbirləri qanunsuz qüvvələrin sıradan çıxarılmasına və marionet rejiminin dağıdılmasına yönəlib. Azərbaycan mülki erməni sakinlərini hədəfə almır, bununla bağlı hər hansı iddia əsassız və qəbuledilməzdir. Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsidir. Hazırda Azərbaycanın bütün hərbi tədbirləri ölkə daxilində aparılır. Ermənistana qarşı heç bir işğal iddiamız yoxdur. Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirir. Azərbaycan dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhdiddir. Hər bir dövlət kimi, Azərbaycanın da öz ərazisində terrorçuları məhv etmək kimi suveren hüquqi var. Nə qədər ki, Qarabağda qeyri-qanuni erməni silahlı dəstələri var, regionda sülhdən danışmaq mümkün olmayacaq. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması, marionet rejiminin ləğv edilməsidir.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1144639.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    32
    12
    26
    25
    21
    11
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar