Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
TƏBİB Ayanla bağlı çağırışa getməyənləri cəzalandırdı Xəbərlər

0

  • Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb.
    Qurumdan Buz.Su-a verilən məlumata görə, araşdırmanın nəticəsinə uyğun olaraq,  Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbəhi növü olaraq töhmət verilib, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb.
    Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.

    Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub.
    Qeyd edək ki, sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda əraziyə təcili tibbi maşınının gəlmədiyinə dair məlumat yayılmışdı.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1174787.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    12
    33
    14
    25
    28
    38
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar