Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Telegram”da qadın HİYLƏSİ: görüşə çağırıb döydürtdü - BAKIDA Xəbərlər

0

  • Bakı sakini olan K.Cəfərov (ad soyad şərtidir) bir neçə gün əvvəl naməlum şəxslər tərəfindən döyülüb və onun 400 manat pulu talanıb.
    Buz.Su lent.az-a istinadən bildirir ki bu barədə zərəçəkən polisə məlumat verib.
    Zərərçəkən başına gələn hadisənin təfərrüatları barədə danışan zaman maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, zərərçəkən hadisədən əvvəl "Telegram" kanallarının birində tanımadığı şəxslə mübahisə edib. Qarşı tərəf məsələni aydınlaşdırmaq üçün onu görüşə çağırsa da, K.Cəfərov bundan imtina edib. Amma elə həmin "Telegram" kanalında bir xanımın onunla tanış olmaq üçün göndərdiyi təklifə K.Cəfərov "yox" deyə bilməyib.
    Lakin zərərçəkən qadının mübahisə etdiyi şəxsin tanışı olmasından xəbərsiz olub. O, görüş üçün getdiyi metronun "Gənclik" stansiyasının yaxınlığında "Telegram"da mübahisə etdiyi şəxslə və onun dostları ilə üzləşməli olub. Onlar K.Cəfərova əvvəlcə Nərimanov, daha sonra Binəqədi rayonu ərazisində fiziki güc tətbiq edərək pulunu ələ keçiriblər.
    Zərərçəkənin müraciəti əsasında Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Gündüz Pirməmmədov, Elvin Xudiyev, Elməddin Quluzadə, Əli Quliyev və bir nəfər qadın qısa zamanda müəyyən olunaraq saxlanılıblar.
    Hazırda araşdırmalar davam etdirilir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/society/1194369.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    24
    17
    22
    23
    26
    27
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar