Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Moskvadan Paşinyana açıq tələb: “Bu dəfə də gəlməsən...” Xəbərlər

0

  • Rusiya Ermənistana satdığı qazın qiymətini qaldıra bilər.
    Buz.Su teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.
    Nəşr xatırladır ki, baş nazirin müavini Mqer Qriqoryan Rusiya qazının qiymətinin dəyişməyəcəyini bildirib:
    "Rusiya Ermənistana qazı 1000 m3 üçün 165 dollara satır. Uzun müddətdir Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Moskvanın qazın qiymətini ciddi şəkildə qaldırmaq niyyətində olduğu barədə məlumat dolaşır. Bunun da iqtisadi nəticələri ola bilər. Qriqoryan nə qədər qəti şəkildə bəyan etsə də ki, qiymət dəyişməyəcək, amma bunun üçün Moskvanın şərtləri var. İlk şərt budur ki, Nikol Paşinyan ayın sonunda Peterburqa getməli, MDB və Avrasiya İqtisadi Birliyinin sammitlərində iştirak etməli, eləcə də dövlət başçıları ilə görüşməlidir.
    Rusiya Ermənistan baş nazirinin iştirakını məcburi hesab edir, xüsusən də Avrasiya İqtisadi Birliyi ilə bağlı. Çünki Rusiya bu quruma dönəm sədrliyini Ermənistana təhvil verməlidir. Ermənistan uzun müddətdir həm MDB, həm də KTMT-nin tədbirlərində iştirakdan imtina edir. Paşinyanın Peterburqa gedib-getməyəcəyi hələlik təsdiqini tapmayıb.



    Paşinyanın indiyə qədərki addımları Rusiyanı narahat etmirdisə, bu dəfə Avrasiya İqtisadi Birliyinin sammitinə qatılmaması təhqir kimi qəbul ediləcək. Moskvadakı mənbəmizin sözlərinə görə, məsələ Paşinyanın qarşısına açıq formada qoyulub: gəl, yoxsa qazın qiyməti qalxacaq".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1167459.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    15
    16
    26
    32
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar