Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ukraynaya kütləvi dron hücumu - ballistik zərbə təhlükəsi var Xəbərlər

0

  • Ukraynada bir çox regionunda gecə ikinci dəfə hava həyəcanı verilib.
    Buz.Su APA-ya istinadən bildirir ki, "Şahed" dronları ilə Ukrayna ərazilərinə kütləvi hücum olub.
    Ballistik zərbə təhlükəsinin olduğu bildirilir.
    Eyni zamanda, Lvovda güclü partlayışlar baş verir.
    Bundan başqa, Dnepr şəhərində ticarət mərkəzində yanğın baş verib. İlkin versiya kimi, yanğın Rusiyanın gecə həyata keçirdiyi hava hücumları nəticəsində baş verib.
    Hadisə şahidlərinin sözlərinə görə, ticarət mərkəzində partlayış səsləri eşidilib. Hadisə yerinə cəlb olunan müvafiq qurumlar cəlb olunub, yanğının söndürülməsi üçün işlər davam edir.
    Kiyevdə də partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işləyir.
    Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
    "Kiyevdə partlayışlar... Sığınacaqlarda qalın!" - o, Telegram kanalında yazıb.
    Daha sonra Kliçko yeni partlayışlar barədə məlumat verib və qeyd edib ki, şəhərdə "hava müdafiəsi intensiv işləyir".
    Kliçko həmçinin bildirib ki, Kiyevin Podolsk rayonunda anbarlar yanır.
    "Bütün xidmətlər yerindədir", - mer qeyd edib.
    Xarkov meri İqor Terexov isə Telegram kanalında şəhərdə partlayışların "üçüncü dalğası"nın baş verdiyini açıqlayıb. Xarkovda azı 8 partlayış səsinin eşidildiyi bildirilir. Xarkovda 35 yaşlı kişi həlak olub, 8 nəfər isə xəsarət alıb.
    Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr (keçmiş Dnepropetrovsk), Odessa, Poltava və Xmelnitski vilayətlərində, eləcə də Zaporojye şəhərində partlayışların baş verdiyi bildirilir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1171145.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    26
    24
    31
    25
    8
    27
    29
    16
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar