Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu avtomobil beyin dalğalarını və ürək döyüntülərini izləyir - FOTOlar Xəbərlər

0

  • Nissan şirkəti Hyper Tourer konseptual minivenini təqdim edib. Bu, Hyper Adventure və Hyper Urban krossoverlərini də əhatə edən futuristik Hyper xəttinin üçüncü modelidir. Onların hamısı gələn həftə Tokioda işinə başlayacaq Japan Mobility Show avtosalonunda canlı debüt edəcəklər. Digər konsept avtomobilləri kimi, miniven Nissan üçün qeyri-adi olan çoxlu iti kənarları və iti küncləri olan dizaynı, qabaqcıl elektronikanı və "yaşıl" güc qurğusunu alıb.
    Buz.Su autograph.az-a istinadən xəbər verir ki, Nissan Hyper Tourer tutacaqları olmayan sürüşərək açılan hündür qapılara, qeyri-adi dizaynlı təkər disklərinə və kuzovu əhatə edən diod xəttinə malikdir. Minivenin salonunda suyun səthini təqlid edən naxışı olan rəvan döşəmə, "üzən" mərkəzi tunel və dörd oturacaq var. Ön oturacaqlar 360 dərəcə dönə bilir - yəni, avtopilot idarəetməni öz üzərinə götürən zaman, sərnişinlər üzbəüz otura bilərlər.
    Bəzi funksiyalar və hətta ön ekrandakı naviqasiyanı portativ displeydən idarə etmək mümkündür. Konsept həmçinin sərnişinlərin beyin dalğalarını, ürək döyüntülərini, nəfəsini və tərləməsini izləyən qabaqcıl süni intellekti də əldə edib. Bütün bunları nəzərə alaraq, sistem uyğun musiqini qoşur və işıqlandırmanı tənzimləyir.
    Yığcam sərtgövdəli batareya sayəsində interyer daha geniş alınıb. Nissan hələlik yürüş ehtiyatı və güc aqreqatı haqqında təfərrüatları açıqlamayıb, lakin konseptin Ariya seriya modelindəki kimi e-4orce tam elektrik ötürməsinə malik olduğu qeyd edib. Hyper Tourer evi və ya ofisi elektrik enerjisi ilə təmin etmək  üçün "əlavə" enerjisi ilə paylaşa bilər.
    Tokioda keçiriləcək sərgi üçün hazırlanan şou avtomobilləri, tam elektrikləşmə yoluna qədəm qoymuş brendin gələcək modellərinin carçısıdırlar. 2030-cu ilə qədər Nissan brendinin Avropadakı model xəttində daxili yanma mühərriki olan avtomobillər qalmayacaq: yəni, yaponlar onlardan Avropa İttifaqının qadağası qüvvəyə minməzdən beş il əvvəl imtina edəcək.
    Buz.Su

    Mənbə: https://news.milli.az/interest/1151760.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    30
    24
    22
    13
    18
    17
    14
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar