Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yasamalda yeni SÖKÜNTÜ DALĞASI - VİDEO Xəbərlər

0

  • Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçələrinin əhatəsində yerləşən evlərin aqibəti bəlli olub.
    Buz.Su Xəzər TV-yə istinadən bildirir ki, belə ki, qəzalı vəziyyətdə olan bu evlərin hamsı söküləcək. Bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər.
    Ərazidəki evlərlə yanaşı iaşə obyektləri də sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Artıq ev və obyekt sahibləri ilə danışıqlara başlanılıb.
    Sakinlər bildirir ki, ərazidə tikinti işlərini həyata keçirəcək şirkət sakinlərlə evlərinin müqabilində ev vəya kvadrat metrə uyğun kompensasiya təklif edir.
    Amma, hələki şirkətlə razılığa gəlməyənlərdə var.
    Sakinlərin bildirdiyinə görə, ərazidəki evlər və iaşə obyektləri dekabr ayının sonuna kimi tam boşaldılmalıdır.
    Yasamal rayon İcra Hakimiyyətindən isə bildirilib ki,  Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri qarşılıqlı razılıq əsasında "Fəxri" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında həmin MTK-nın istifadəsinə ayrılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin başlanılmasına icazə verilib. Hazırda şirkət tərəfindən ölçü və inventarlaşdırma işləri aparılır, lakin köçürmə və söküntü işlərinə başlanılmayıb. Ərazidə yerləşən tikililər əsasən köhnə tipli fərdi yaşayış evlərindən ibarətdir.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
    Buz.Su

    Mənbə: https://news.milli.az/society/1154350.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    25
    31
    10
    20
    76
    8
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar