Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yumurta və unla “çevriliş” elədilər, yeni “qanunlar” çıxardılar: maraqlı görüntülər - FOTOlar Xəbərlər

0

  • İspaniyada "Yumurta-Un Döyüşü" adlı maraqlı festival keçirilib.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, yerlilərin "Els enfarinats" adlandırdığı tədbirin maraqlı hekayəsi var. Əfsanəyə görə İbi adlı kiçik şəhərdə bir gün "dövlət çevrilişi" baş verir və hərbi geyimli adamlar ("els enfarinats" elə onlardır) hakimiyyətə gəlirlər.
    İbi şəhərində yaşamış və körpələrin qətliamını həyata keçirmiş Kral Hirodun hadisəsi İncildə də qeyd olunur.
    Festival iştirakçıları gün ərzində "hökuməti devirir", sonra "yenisini" seçir və yeni "qanunlar" çıxarırlar, yeni "hökumətə" vergi ödəməmiş vətəndaşları axtarırlar, ödəməyə razı olmayanlar un və yumurta atəşinə tutulur.
    Günortaya yaxın "yeni hökumət"dən bezən və onu yumurtayla, unla devirməyə çalışan qrup formalaşır.
    Məlumata görə, bir gündə mindən çox yumurta və yüzlərlə kiloqram un istifadə edilir.
    Döyüş barışıqla başa çatır, mahnılar oxunur, rəqslər edilir və xeyriyyəçilik üçün vəsaitlər toplanılır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1171392.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    18
    14
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar