Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yuxarı Gövhər Ağa məscidinə imam təyin edildi Xəbərlər

0

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.
    Komitədən Sonxeber.pro-a verilən məlumata görə, o, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaq.
    Qeyd edilib ki, Mirəbdullah Məzahir oğlu Həsənli 11 mart 1976-cı ildə Şuşa şəhərində anadan olub. İbtidai dini təhsilini babası ruhani Seyid Sadıqdan alıb. 1992-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhəri 2 nömrəli orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinə qəbul olub. 1996-cı ildə bu Universiteti axund, şəriət müəllimi ixtisası üzrə bitirib.
    1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunda "İslam tarixi, milli əxlaq və dəyərlər" fənnini tədris edib. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib. Gənc yaşlarından Şuşa şəhərində, işğal dövründə isə Bakı şəhərində şuşalıların yaşadığı ərazilərdə dini ayinlərin, yas mərasimlərinin icrası ilə məşğul olub. 2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1140963.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    16
    29
    25
    24
    35
    19
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar