Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr Xəbərlər

0


  • 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
    Buz.Su Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.
    - Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    - Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.
    - Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə bağlı "twitter"də paylaşım edib:Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.
    - Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.
    - Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib:Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!
    - Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb.
    - Düşmən taborunun qərargah rəisi məhv edilib.



    - Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutması nəticəsində, ev sahibi ağır xəsarət alıb.
    - İran Ermənistana məxsus PUA-nı vurub.
    - Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.
    - Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.
    - Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutub, jurnalist yaralanıb.
    - Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.

    Mənbə: https://news.milli.az/country/1151137.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    20
    23
    27
    13
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar