Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
ABŞ-nin bölgədə “blokada” ilə bağlı bəyanatları qəbuledilməzdir - XİN Xəbərlər

0

  • Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır.
    XİN-dən Sonxeber.pro-a bildirilib ki, İlk növbədə, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə "blokada" olması iddiaları qəbuledilməzdir.
    Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə "gərgin humanitar vəziyyət" mövcudluğu iddialarını əsassız edir.
    Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur.
    Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir.
    Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1140817.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    22
    13
    32
    29
    14
    10
    28
    29
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar