Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bağlı qapılar arasında çarəsizlik - İndi də BMT platformasından istifadə edilir Xəbərlər

0

  • Ermənistan regionda sülhün və sabitliyin bərqərar olması səylərinə xələl gətirən davranışlara davam edir. Təxribat xarakterli hərəkətləri ilə daim diqqət çəkən Ermənistan indi də BMT platformasından istifadə etməyə başlayıb. Açıq debatlarda Azərbaycana böthan atmağa çalışan Ermənistan nəticəsizlik ilə üzləşməmək üçün bu dəfə fərqli üsul seçib.
    Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin məlumatında bildirib ki, avqustun 23-də Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi Laçın yolu ilə bağlı BMT-nin mənzil-qərargahında təxribat xarakterli gizli tədbir keçirib. Hətta, onlar iclas otağının qarşısında mühafizə də qoyublar. İclasa qərəzli ekspertlər dəvət olunub, kiçik qrup ölkələri iştirak edib. 
    Halbuki, BMT-nin divarları daxilində ictimai müzakirələr qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda açıq formatda, keçirilir. Bu barədə üzv dövlətlər tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirilir.

    Erməni diplomatların seçdiyi format bu Təşkilatın məqsədləri ilə bir araya sığmır. Hətta, BMT Katibliyi konfrans zalının məlumat ekranında, xüsusi qeyddə bu tədbirin BMT tərəfindən təsdiqlənmədiyi və çoxtərəfli prosesin bir hissəsi olmadığını bildirib.
    Dünya təşkilatının platformasından sui-istifadə edən Ermənistanın bu gizli tədbiri keçirməkdə məqsədinin dezinformasiya yaymaq və vəziyyəti təhrif etmək olduğu aydın məsələdir. Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasında açıq müzakirələr zamanı layiqli cavab aldıqdan sonra bu cür meyillərinin daha da artması təsadüf deyil. Niyyəti bəlli olan Ermənistanın Daimi Nümayəndəliyinin görünür bunu gizli, bağlı qapılar arxasında etməkdən başqa çarəsi qalmır.
    Bəxtiyar Umarlı
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1139676.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    4
    23
    20
    26
    24
    16
    21
    10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar