Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu maşınlar ağır qəzalara səbəb olur - Maşın alanlara XƏBƏRDARLIQ Xəbərlər

0

  • Bəzi xarici ölkələrdə avtomobil sükanı sağ tərəfdə yerləşir. Bu nüans insanlara daim maraqlı gələn məsələlərdən biridir. İngiltərə və Yaponiya kimi bir sıra ölkələrdə avtomobillərin böyük əksəriyyəti bu formadadır.
    Bizə normal gələn isə sürücü oturacağının sol tərəfdə yerləşməsidir. Bu tendensiyanın keçmiş dövrlərdə qədim insanların at sürmə texnikaları ilə bağlı olduğu hesab edilir. Həmin texnikanın insanların gen yaddaşı vasitəsilə nəsildən-nəsilə ötürüldüyü düşünülür. Belə hesab olunur ki, qədim insanların at sürmə texnikasından ilkin avtomobillərin hazırlanmasında istifadə olunub.
    Bəs nəyə görə bəzi ölkələrdə sükan sağ tərəfdə yerləşir? Bunun müəyyən üstünlükləri varmı?
    Sonxeber.pro-ın məlumatına görə, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Referans.az-a bildirib ki, bu məsələ "Yol hərəkəti" haqqında qanunla tənzimlənir.
    "Dünyada bu mövzu ilə bağlı iki cür qayda götürülüb. Bəzi ölkələrdə həm sağ, həm sol sükanı olan avtomobillər istifadə olunur, bəzilərində isə yalnız sağ və ya yalnız sol sükana icazə var. Sükanın sağda və ya solda olmasının elə də vacib bir rolu yoxdur. Sadəcə Azərbaycanda 1998-ci ildə "Yol hərəkəti" haqqında qanun qəbul olunanda, qayda belə qoyulub ki, sükanı sağda olan avtomobillər ölkəyə gətirilməsin. Ölkədə olan bu tip avtomobillərin istismarına isə icazə verilirdi. Hətta hazırda da ölkədə bu qanun qəbul olunmamışdan əvvəl ölkəyə gətirilən avtomobillərdən bir neçəsi qalıb və onların hərəkətinə də icazə verilir".



    Ekspert qeyd edib ki, xarici ölkələrdə istehsal olunan və sükanı sağda yerləşən avtomobillər var ki, onların Azərbaycanda satışını edə bilmək üçün sükanın yerini sonradan dəyişirlər. Lakin bu, problemlərə səbəb olur və belə avtomobillərlə ağır yol-nəqliyyat qəzaları baş verir. Buna görə də maşın almağı düşünənlərə bu nüansa diqqət etmələri tövsiyə olunur.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1140457.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    30
    17
    25
    26
    23
    19
    8
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar